“Neftçi” – “Zenit” oyununun vaxtı və yeri açıqlanıb

Bakıda “Neftçi” ilə Rusiyanın “Zenit” komandası arasında keçiriləcək yoldaşlıq oyununun tarixi və yeri bəlli olub.

Paytaxt klubunun mətbuat xidmətindən verilən məlumata görə, görüş noyabrın 18-də “Neftçi Arena”da oynanılacaq.

Matçın başlama saatının isə hələ dəqiqləşmədiyi bildirilib.

Qeyd edək ki, “Neftçi” bu ilin iyulunda Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş “Matç TV” turnirində “Zenit”lə qarşılaşıb və rəqibinə 1:3 hesabı ilə uduzub.

Əvvəlki məqalə

Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidentini təbrik edib

Sonrakı məqalə

Səudiyyə Ərəbistanının Kralı Prezident İlham Əliyevi təbrik edib