“Qara qızıl”ın qiyməti son 3 ayın maksimum səviyyəsinə yüksəlib.
Neftin qiyməti ABŞ Prezidenti Donald Trampın Birləşmiş Ştatlar və Çin arasında ticarət sazişinin imzalamasına çox yaxın olduqlarını açıqlaması fonunda son 3 ayın maksimum səviyyəsinə qalxıb. “OPEC plus” üzrə sutkalıq neft hasilatının daha 500 min barrel azaldılması da neftin qiymətinin yuxarı istiqamətli dəyişməsində əsas rol oynayan amildir.
Ekspertlərə görə, bütün bunlar qlobal neft tələbatı baxımından müsbət istiqamətli proseslərdir.
Qeyd edək ki, hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 64 dollardan, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 59 dollardan baha satılır(azərtac).