Amerikalı spiker Nensi Pelosi Ermənistana gəlib - FOTOLAR

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bu gün axşam saatlarında İrəvana gəlib.

Azpost.info xəbər verir ki, onu hava limanında Ermənistan parlamentinin sədri Alen Simonyan qarşılayıb.

Qarşılama mərasimində ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi və onun ABŞ-dakı erməni həmkarı Lilit Makunts da iştirak edib.

Pelosi ilə birgə İrəvana Nümayəndələr Palatasının Enerji və Ticarət Komissiyasının sədri Frank Pallone, erməni əsilli konqresmenlər Anna Eşu və Ceki Spier də gəlib.

Sentyabrın 17-19-da Pelosi baş nazir, parlamentin sədri və digər yüksək vəzifəli Ermənistan rəsmiləri ilə görüşərək ikitərəfli münasibətləri və mövcud təhlükəsizlik vəziyyətini müzakirə edəcək.

Pelosi mətbuat konfransı keçirəcək, “Erməni Soyqırımı” Memorialına əklil qoyacaq və Qafesçyan İncəsənət Mərkəzində çıxış edəcək.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan 32 erməni hərbçisinin meyitini qarşı tərəfə təhvil verib

Sonrakı məqalə

ABŞ prezidenti Britaniyaya gəlib