Netanyahu Kolumbiyaya ayaq bassa, həbs olunacaq- Prezidentdən AÇIQLAMA

Kolumbiyanın təhlükəsizlik qüvvələri İsrail Baş naziri Benyamin Netanyahunu ölkəyə səfər edəcəyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında həbs edəcək.

Azpost.info xəbər verir ki, bunu Kolumbiya prezidenti Qustavo Petro deyib.

“Biz Beynəlxalq Cinayət Məhkəməsinin qərarına hörmətlə yanaşırıq. Əgər Netanyahu və onun müdafiə naziri Kolumbiyaya səfər edərsə, biz onları həbs edəcəyik”, – Petro bildirib.

Kolumbiya prezidenti əlavə edib ki, Fələstində və regionda baş verənlər təkcə müharibə deyil, şimal ölkələrindən bütün cənuba təhdid mesajıdır.

Onun sözlərinə görə, Boqota Qəzza münaqişəsi ilə bağlı mövqeyinə görə, xüsusən də bank sektorunda təzyiqlə üzləşib.

Azpost.info

 

Əvvəlki məqalə

Bu ölkələrdə “Qazprombank”ın kartlarına xidmət dayandırılıb –

Sonrakı məqalə

Naxçıvan Energetika Agentliyinin funksiyaları “Azərenerji”yə verildi –