Nicat Abasov – Maqnus Karlsen görüşü başlayıb –Dünya Kuboku

Bakıda təşkil olunan Dünya Kubokunda Azərbaycan şahmatçısı Nicat Abasovla norveçli Maqnus Karlsen arasında keçirilən yarımfinal mərhələsinin ilk oyunu başlayıb.

AZƏRTAC xəbər verir ki, 28 yaşlı qrosmeyster güclü rəqibinə qarşı görüşdə qara fiqurlarla mübarizə aparır.

Qeyd edək ki, Nicat Abasov 1/4 finalda Hindistan təmsilçisi Vidit Santoşu, Maqnus Karlsen isə onun həmyerlisi Dommaracu Qukeşi üstələyib.

Əvvəlki məqalə

Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Sonrakı məqalə

Zelenski İsveçdə səfərdədir