Niderland Çinə çip ixracına qadağa qoyub

Niderland Çinə qabaqcıl mikroçiplərin istehsalı üçün avadanlıqların ixracına məhdudiyyətlərin qüvvəyə mindiyini elan edib.

“Politico” nəşrinin məlumatına görə, qaydalara əsasən, yarımkeçiricilərin istehsalı üçün yüksək texnologiyalı avadanlıq istehsal edən Niderland şirkətləri ixrac lisenziyası almalıdırlar.

“Avadanlıqların nəzarətsiz ixracı ictimai təhlükəsizliyə təhlükə yarada bilər”, – ölkə hakimiyyətinin qərarında deyilir.

Xüsusilə, məhdudiyyətlər yarımkeçiricilərin istehsalı üçün istifadə olunan fotolitoqrafiya maşınları bazarında dünya liderlərindən biri olan Niderlandın ASML şirkətinə təsir edəcək.

Çin daha əvvəl Niderlandı yarımkeçirici məhsulların ixracına nəzarətdən “sui-istifadə etməməyə” çağırmışdı.

Azpost.info

Əvvəlki məqalə

Şimali Koreya dənizə doğru qanadlı raketlər buraxıb

Sonrakı məqalə

“Ermənilər Azərbaycan vətəndaşlığı almaq üçün ərizə ilə müraciət etməlidir” –