Niderland Ukraynaya “F-16″larla Rusiyaya zərbə endirməyə icazə verdi

Niderland Kiyevə verdiyi “F-16”lardan Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirmək üçün istifadə etməyə icazə verib.

Azpost.info xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Kaysa Ollonqren deyib.

Ollonqren qeyd edib ki, Niderland Belçikadan fərqli olaraq “F-16”ların istifadəsinə məhdudiyyət qoymayacaq.

“Biz hər hansı digər tədarükdə tətbiq etdiyimiz prinsipi tətbiq edirik: Ukraynaya nə isə verdikdə, onlar ondan istifadə edə bilərlər. Biz onlardan yalnız beynəlxalq hüquqa və BMT Nizamnaməsində qeyd olunan özünümüdafiə hüququna hörmət etməyi xahiş edirik. Bu o deməkdir ki, onlar “F-16”lardan hərbi hədəfləri seçmək üçün istifadə edəcəklər”, – Ollonqren bildirib.

Ukraynaya “F-16” qırıcılarını ilk olaraq Niderland və Danimarka verməyə razılaşıb.

Azpost.info

Əvvəlki məqalə

Ceyhun Bayramov ABŞ dövlət katibinin Qafqaz üzrə nümayəndəsini qəbul edib

Sonrakı məqalə

Azadlıq prospektinin bir hissəsinin təmirinə başlanılıb