Niderland və Rumıniya çempionata vəsiqəni təmin etdi –“Avro-2024”

Noyabrın 18-də Futbol üzrə “Avro-2024”ün seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib.

Niderland millisi öz meydanında İrlandiyanı minimal hesabla məğlub edib – 1:0.

Rumıniya kollektivi isə səfərdə İsraildən üstün olub – 1:2. Beləliklə, hər iki komanda çempionata vəsiqəni təmin edib.

Günü digər qarşılaşmaları isə aşağıdakı kimi nəticələnib.

Belarus – Andorra – 1:0

Latviya – Xorvatiya – 0:2

İsveçrə – Kosovo – 1:1

Ermənistan – Uels – 1:1.

Əvvəlki məqalə

Kiyev vilayətində partlayışlar baş verib

Sonrakı məqalə

İraqda ABŞ-ın hərbi bazasına hücum olub