Niderlandda başqa ölkələrdən uşaq övladlığa götürmək qadağan edilib

Niderland öz vətəndaşlarına başqa ölkələrdən uşaqları övladlığa götürməsinə daha icazə verməyəcək.

Azpost.info “Reuters”ə istinadən bildirir ki, bu barədə nazir Frans Vrivind məlumat verib.

Son yarım əsr ərzində niderlandlı valideynlər 80 ölkədən 40 minə yaxın uşağı övladlığa götürüblər. “Dutch Youth Institute” müstəqil analitik mərkəzinin hesabatına görə, son illərdə bu praktika azalıb. 2019-cu ildə 145, Pandemiya ilində-2020-ci ildə 70 uşaq övladlığa götürülüb.

Niderland hökuməti artıq 2021-ci ilin fevralından 2022-ci ilin noyabrına qədər beynəlxalq övladlığa götürmələrə iki illik moratorium qoyub.

Niderlandda övladlığa götürmə siyasəti bir sıra səbəblərdən diqqət mərkəzinə düşüb: Əvvəllər övladlığa götürülmüş şəxslərin öz köklərini axtarması faktları getdikcə artır. Bu şəxslərin doğum sənədlərinin saxtalaşdırıldığı, itirildiyi və ya övladlığa götürülmələrinin qanunsuz olduğu üzə çıxıb.

Əvvəlki məqalə

Baydenin reytinqi iki dəfə düşüb, Tramp önə çıxır –

Sonrakı məqalə

Baş nazir və XİN başçısı anım mərasimində iştirak etmək üçün İrana gedir