Niderlandda Quranı yandırmaq cəhdi kütləvi davaya çevrilib

Niderlandın Arnhem şəhərində qəzəbli kütlə polis kordonunu yararaq Quranı yandırmağa çalışan radikala hücum edib.

APA-nın “De Telegraaf” qəzetinə istinadən verdiyi məlumata görə, sanksiyalaşdırılan tədbirdə bir neçə polis əməkdaşı da yaralanıb və hadisəyə müdaxilə etmək məcburiyyətində qalıb.

Daha sonra polisə də hücum edildiyi və daş atıldığı məlum olub.

Nəticədə 3 nəfər həbs edilib. Polis yaxın günlərdə daha çox həbslərin olacağını istisna etməyib.

Əvvəlki məqalə

Lənkəranda qarın hündürlüyü 37 sm-ə çatıb –

Sonrakı məqalə

Dövlət Yol Polisi hava ilə bağlı piyadalara müraciət edib