Nil çayının dərinliklərindən naməlum firon təsvirləri tapılıb

Arxeoloqlar Nil çayını araşdıranda Asvan bəndinin tikintisi nəticəsində su basmış Misir fironlarının qədim təsvirlərini aşkar ediblər. Bununla belə, alimlər yeni kəşflər gözlədikləri üçün tədqiqatlarını davam etdirməyi planlaşdırırlar.

Azpost.info bildirir ki, su altında işləyən arxeoloqların qrupu bu yaxınlarda, 1960-1970-ci illərdən bəri Nil çayının dərinliyindən çıxarılmayan qədim və tarixi baxımdan qiymətli, əhəmiyyətli sayılan Misir artefaktlarını aşkar ediblər.

“Popular Mechanics” nəşri yazır ki, böyük bir bəndin tikintisi zamanı həmin ərazi su altında qaldıqdan sonra izləri itən və gizli qalan həmin qalıqlar qədim Misirin həyat tərzinə, bu ölkənin zəngin keçmişinə dair yeni fikirlərin yaranmasına, həmçinin də yeni elmi nəzəriyyələrin ortaya çıxmasına səbəb ola bilər.

Nil çayının kəşfiyyatının bir hissəsini tam araşdıran tədqiqatçılar komandası qədim yazılardan ibarət nümunələr və çox nadir, hələ ki, zədələnməyən mətnlər, həmçinin bəzi Misir hökmdarlarının təsvirləri olan mağara rəsmləri tapıblar. Misir Turizm və Qədim Əsərlər Nazirliyinin açıqlamasında qeyd edilir ki, bu yeni və böyük bir tarixi əhəmiyyətə malik olan tapıntılar həm də əlavə elmi material kimi çıxış dəyərlidir. Nazirliyin sözçüsü qeyd edib ki, qayaüstü rəsmlərin vasitəsilə əslində bir çox tarixi məqamlara elmi baxımdan işıq salmaq da mümkündür. Onun fikrincə, yenicə aşkara çıxarılmış qayaüstü rəsmlər qədim Misirin tarixi haqqında xeyli detalların müəyyən edilməsi potensialından xəbər verir.

Bu, Misirdəki Asvan su anbarı ilə Yüksək bəndin arasında yerləşmiş böyük ərazini və Nil çayının dərinliklərində qalan qaya birləşmələrini öyrənməkdən üçün ilk belə missiyadır. Əslində su anbarının tikintisi xeyli insanların yerdəyişməsinə, həmçinin saysız-hesabsız tarixi əsərlərin su altında qalmasına səbəb olub. Bu tarixi və qədim abidələrin çoxu YUNESKO-nun səylərinə baxmayaraq ötən əsrin əllinci illərindən indiyə qədər aşkar edilməmişdi.

Sualtı axtarışda skan etmə və fotoqrafiya ilə fotoqrammetriya kimi keyfiyyətli, həm də müasir üsullardan istifadə etməklə bu tədqiqatçılar qrupu bir neçə tarixi şəxsin, Misir fironu Amenhotep III ilə Tutmose IV, eləcə də 2-ci Psamtikin, həmçinin Aprisin oymalarını sənədləşdirə biliblər. Alimlərə, tarixə də məlumdur ki, qədim Misirin adı çəkilən bu hökmdarlarının hər biri qədim Misir sivilizasiyasının çiçəklənməsində və inkişafında çox mühüm iz qoyublar, çünki onların hakimiyyətləri ölkənin memarlıq, mədəni irsini tamamilə yüksək səviyyədə formalaşdırmışdı.

Ötən əsrdən bəri ilk dəfə tapılan yazılar hələ də araşdırılsa da, tədqiqatçılar daha sonrakı təhlillər üçün qədim oymaların 3D modellərini yaratmağı planlaşdırırlar.

Alimlərin fikrincə, bu kəşf bölgənin tarixi əhəmiyyətinə yeni işıq salmaqla yanaşı, Nil çayı dərinliklərində növbəti arxeoloji tapıntıların aşkarlanması imkanlarına da yol açır.

Oqtay Qorçu

Əvvəlki məqalə

“Abzas Media”nın direktoru Ülvi Həsənli və əməkdaşı Hafiz Babalının həbs müddəti uzadılıb

Sonrakı məqalə

Kosmonavt geyimində olan qədim və sirli heykəlcik –