Nobel mükafatçısı Əziz Səncər ADA Universitetində olub

ADA Universitetində kimya üzrə Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, ABŞ-ın Şimali Karolina Universitetinin professoru Əziz Səncərlə görüş keçirilib.

Tədbirdə ADA Universitetinin rektoru Hafiz Paşayev çıxış edərək Əziz Səncərlə keçirilən görüşün ali təhsil ocağının tarixində əlamətdar hadisə olduğunu bildirib. O, tələbələrə Nobel laureatı ilə görüşməyin onlar üçün yaradılmış şans olduğunu vurğulayıb.

Universitetin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən görüşdə professor Əziz Səncər tələbələrə gələcəklə bağlı qərarlarında onlar üçün maraqlı olan sahəni seçməyi tövsiyə edib. Dünyaşöhrətli alim uğur qazanmağın sirrinin çoxlu çalışmaq olduğunu qeyd edib.

Tələbələrə orqanizmi cavan saxlamaq üçün düzgün qidalanmağın önəmli olduğunu vurğulayan Əziz Səncər özünün vegetarian olmasına baxmayaraq qida rasionuna az da olsa ət əlavə etməyin vacib olduğunu söyləyib.

Görüşdə tələbələrin sualları cavablandırılıb.

Tədbirin sonunda rektor Hafiz Paşayev Əziz Səncərə ADA Universitetinin medalını təqdim edib.

 

Əvvəlki məqalə

Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Sonrakı məqalə

Ötən ay Dövlət Neft Fondu dollar satışını 1,5 dəfə artırıb