Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, Nobel mükafatı laureatı, dünyaşöhrətli alim Aziz Sancar AMEA-nın dəvətilə Azərbaycana gəlib.
Səfərinin ilk günündə görkəmli alim və onu müşayiət edən şəxslər Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk şəhidliyi abidəsini ziyarət ediblər.