Nobel Sülh mükafatı Rusiyadan olan jurnalistə verildi –

Qaliblər açıqlandı
08 Oktyabr 2021 - 13:32

Bu gün 2021-ci il sülh üzrə Nobel mükafatı qalibinin adları açıqlanıb.

Nobel Komitəsinin rəsmi saytının açıqladığı məlumata görə, mükafat filippinli jurnalist və yazıçı Maria Ressa və rusiyalı jurnalist və teleaparıcı Dmitri Muratova verilib.

Onlar bu mükafata “demokratiya və dayanıqlı sülh üçün ön şərt olan ifadə azadlığını qorumaq səylərinə görə” layiq görülüblər.

Tanınmış telejurnalist Dmitri Muratov Rusiyanın nufuzlu “Novaya Qazeta”nın baş redaktorudur.