Norveçdə Rusiya avtomobillərinin ölkəyə girişinə qadağa qüvvəyə minib

Norveçdə bu gündən salonunda doqquz və ya daha az oturacaq olan Rusiya qeydiyyatlı minik avtomobillərinin ölkəyə girişinə qadağa qüvvəyə minib.

Azpost.info xəbər verir ki, krallığın Xarici İşlər Nazirliyi bildirib ki, tədbirə aralıq idxala qadağa da daxildir.

Məhdudiyyətlər Rusiyada daimi yaşayan Avropa İttifaqı və Norveç vətəndaşlarına məxsus nəqliyyat vasitələrinə, diplomatik nəqliyyata və beynəlxalq təşkilatlara məxsus avtomobillərə şamil edilmir.

Bundan başqa, ailədə fövqəladə hallar, məsələn, dəfn mərasiminə getmək zərurəti yarandıqda ruslar Norveçin Rusiya ilə sərhədini avtomobillə keçə biləcəklər.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.