Növbəti 50 ildə gözlənilən 7 əsas astronomik hadisə- AÇIQLANDI

Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrası qarşıdakı 50 ildə gözlənilən 7 əsas astronomik hadisəni açıqlayıb.

Universitetdən bildirilib ki, bunlar aşağıdakılardır:

2027-ci il: Əsrin ikinci ən uzun Günəş tutulması

Əsrin ikinci ən uzun Günəş tutulması 2027-ci il avqustun 2-də baş verəcək və tam qaranlıq təxminən 6 dəqiqə 24 dörd saniyə davam edəcək. Şimali Afrikadan daha yaxşı müşahidə olunacaq bu tutulma 2114-cü ilə qədər ən uzun tutulma olacaq.

2029-cu il: Asteroidin uçuşu

2029-cu il aprelin 13-də “99942 Apofis” asteroidi Yerə yaxınlaşaraq, planetimizdən cəmi 31000 kilometr (19600 mil), Aydan on iki dəfə yaxın məsafəyə çatacaq. Bu asteroid Avropanın, Afrikanın və Asiyanın bir hissəsində təxminən iki milyard insan üçün aydın, qaranlıq səmada adi gözlə görünəcək.

2031-ci il: “Leonid” meteor fırtınası

“Leonid” meteor yağışı Yer kürəsi “Tempel-Tuttle” kometinin qoyub getdiyi qalıqlardan keçdikdə baş verir. “Tempel-Tuttle” indiki 33 illik orbitində Yerə yaxınlaşdıqdan sonra planetimiz 2031-ci il noyabrın 17-18-də kometin təzə izindən keçəcək. “Tempel-Tuttle”nin son izlərində qalan çoxlu miqdarda zibil yüksək sürətlə üstümüzə yağacaq, kosmik cismin parçaları atmosferimizdə yanarkən səmada parlayacaq. Bu hadisə bütün dünyada ulduzları seyr edənlər üçün unudulmaz bir ulduz tamaşası yarada bilər.

2040-cı il: Planetlərin düzülüşü

2040-cı il sentyabrın 8-də Merkuri, Venera, Mars, Yupiter, Saturn və Ayın nadir düzülüşünü görəcəyik. Bu beş planet 2 günlük Ay ilə Günəş batdıqdan dərhal sonra qərb tərəfdə, 8 dərəcəlik kiçik səma zolağında görünəcək.

2052-ci il: Əsrin super Ayı

2052-ci il dekabrın 6-da Ay 356424 kilometr məsafəyə qədər yaxınlaşacaq və nəticədə həmişəkindən 14 faiz daha böyük görünəcək. Buna oxşar hadisələr 1948-ci il yanvarın 26-da, 2016-cı il noyabrın 14-də baş verib. Növbəti hadisə 2034-cü il noyabrın 25-də baş verəcək. Lakin 2052-ci il dekabrın 6-dakı hadisə əsrin ən yaxın Super Ayı olacaq.

2061-ci il: “Halley” kometi

Günəş ətrafında fırlanan 76 illik qısa orbital periodu ilə “Halley” kometi 2061-ci il iyulun 29-da növbəti uçuşu zamanı planetimizin qaranlıq yerlərindən asanlıqla görünəcək. O, bizim ən məşhur kosmik ziyarətçilərimizdən biridir. Kometin ilk müşahidəsi 2000 il əvvəl aparılıb.

2065-ci il: Venera Yupiterin qarşısından keçir

2065-ci il noyabrın 22-də Venera Yupiterin diskini keçərkən və ya tıxayarkən Yerdən görünəcək və bu, Günəş sistemi planetinin 1818-ci ildən bəri ilk görünən tranziti olacaq.

Əvvəlki məqalə

Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı mina terroruna göz yummamalıdır

Sonrakı məqalə

İran Prezidenti Şahin Mustafayevi qəbul edib