Növbəti köç karvanı Laçın rayonuna çatıb

Mayın 31-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın rayonuna çatıb.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd edilib ki, Laçın şəhərinə yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib. Dövlət Komitəsinin və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Köçürülən ailələr vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə – 68 nəfərnəfər köçürülüb. Bununla da Laçın şəhərində 513 ailənin, yəni 1906 nəfərin daimi məskunlaşması təmin edilib.

Əvvəlki məqalə

İrəvanda polis XİN binası önünə toplaşan etirazçıları saxlamağa başlayıb

Sonrakı məqalə

Zelenski Rusiya ilə danışıqları tələ hesab edir