Növbədənkənar parlament seçkiləri:569 nəfərin namizədliyi təsdiq olunub

Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 901 namizəd müraciət edib.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, namizədlərin 149 nəfəri 11 siyasi partiya tərəfindən irəli sürülüb.

Beş nəfər təşəbbüs qrupları tərəfindən, 752 nəfər isə fərdi qaydada namizədliklərini irəli sürüb.

MSK sədri bildirib ki, həmin müraciət edən şəxslərin 569 nəfərinin namizədliyi artıq təsdiq olunub. Onlardan 439 nəfəri isə imza vərəqələrini götürüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hindistandan Rusiyaya uçan təyyarə Bakıya təcili eniş etdi

Sonrakı məqalə

Rezidenturaya qəbul qaydaları dəyişib