Növbəti köç karvanı Şuşa şəhərinə çatıb

Bu gün səhər saatlarında yola salınan növbəti köç karvanı Şuşa şəhərinə çatıb.

Şuşa şəhəri doğma sakinlərini qarşılamağa davam edir. Bu gün 32 ailə olmaqla, 125 nəfər Şuşa sakini öz yurduna qovuşub. Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Şuşa şəhərində coşqu ilə qarşılanan ailələr doğma yurda qovuşmağın sevincini yaşayıblar.

Bununla da Şuşa şəhərində 90 ailənin, yəni 349 nəfərin məskunlaşması təmin edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.