“Nüvə dövləti liderinin belə bəyanatlar verməsi məsuliyyətsizlikdir” - Ağ Ev

“Birləşmiş Ştatlar Rusiya prezidentinin nüvə silahı ilə bağlı dediklərinə ciddi yanaşır, lakin hələlik strateji çəkindirmə qüvvələrinin hazırlığının artırılmasına ehtiyac görmür”.

Azpost.info xəbər verir ki, Ağ Ev Rusiya prezidenti Vladimir Putinin ölkənin ərazi bütövlüyünü qorumaq üçün istənilən vasitədən istifadə etməyə hazır olması barədə sözlərini şərh edib.

“Biz bu cür bəyanatları həmişə ciddi qəbul edirik. Nüvə dövlətinin liderinin belə bəyanatlar verməsi məsuliyyətsizlikdir”, – Ağ Evin rəsmisi Con Kirbi ABC telekanalına bildirib.

“Vaşinqton vəziyyəti izləyir. Rusiyanın nüvə silahından istifadə edəcəyi təqdirdə bunun ciddi nəticələri olacaq”, – Kirbi qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Mətbuat Şurasının İdarə Heyətinə namizədlərin siyahısı açıqlandı –

Sonrakı məqalə

Bakıda COVID xəstələrinə yardım göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb