Ceyson Huanq İlon Maskın “fövqəlbəşər” bir zehnə sahib olduğunu iddia edib və Mur qanununun sonunu proqnozlaşdırıb.
Azpost.info bildirir ki, xəbəri “News” nəşri yayıb.
“NVIDIA” şirkətinin baş direktoru verdiyi müsahibəsində söylədiyi fikirlərlə bir çox investorların, həmçinin bəzi texnologiya həvəskarlarının diqqətini çəkib.
Məlum olduğu kimi nəhənglərin sırasında olan “NVIDIA” şirkətinin də daxil olduğu bazarın miqyası çox böyükdür və şirkətin gələcəyini “görünməmiş miqyasda maşın öyrənməsi” müəyyən edəcək.
Huanqın sözlərinə görə, bu şirkət həm də “hesablamaları yenidən kəşf edir”. Şirkət tranzistorun miniatürləşdirilməsinin fiziki həddinə demək olar ki, çatdığı üçün artıq Mur Qanunu tezliklə keçmişə çevriləcək.
Nəşr yazır ki, mikroskopik səviyyədə işi çətinləşdirən istilik, materialların gücü və kvant hadisələri ilə bağlı problemlər var. İstehsalçılar performansı yaxşılaşdırmaq üçün alternativ yollar da axtarmalıdırlar, yəni, AI-nin inkişafı, proqram təminatının optimallaşdırılması, həmçinin də müxtəlif növ nüvələrdən istifadə etməklə cihazda birdən çox prosessorun birləşdirilməsinə nail olmaq. Yaranan hesablama dövrü isə məlumat mərkəzinə yenilik hesab olunan bir yanaşma tələb edir.
Censen Huanq həm də deyib ki, dünyada mövcud qurğuların modernləşdirilməsi, müasir proqram təminatının tələblərini ödəmək üçün yaxın 4 və ya 5 ilin ərzində təxmin edildiyinə görə 1 trilyon dollara qədər investisiya lazım olacaq. “NVIDIA” rəhbəri xüsusi olaraq onu da vurğulayıb ki, ən son model “GPU”-lar bu dövrlərdə texnoloji inqilabın əsas hissəsi olacaq.
Huanq İlon Maskın haqqında ağızdolusu təriflər yağdırmaqla onun ünvanına çox sayda gözəl sözlər söyləyib. “NVIDIA”-nın rəhbəri vəzifəsini icraçısı Huanqın Maskı “fövqəlbəşər” adlandırması, həmçinin də milyarderin qabiliyyətlərini və mürəkkəb layihələri rekord müddətdə tamamlamaq bacarığını təsvir etməsi çoxlarını heyrətə gətirib.
Daha sonra haqlı olduğunu sübut etmək üçün Ceysen Huanq söyləyib ki, “NVIDIA” avadanlığından istifadə edən İlon Maskın 17 gün ərzində nəhəng məlumat mərkəzi quracağına və tezliklə işə salacağı “xAI” layihəsindən uğurla bəhs edəcəyi günün hamı şahidi olacaq.
Oqtay Qorçu