“Oğurlayır, Putinə kömək edirlər… buna son qoyacağam!” – Baş nazir postuna namizəd Çinə qarşı çıxdı

Baş nazir postuna iki əsas namizəddən biri olan Rişi Sunak yeni vəzifəsində Çinin Böyük Britaniyadakı təsirini məhdudlaşdırmağı planlaşdırır.

Azpost.info xəbər verir ki, bu barədə “The Telegraph” yazır.

O, MI5-in baş direktoru Ken Makkallum və FTB direktoru Kristover Reyin sözlərini xatırladıb və Çinin Britaniyanın ən böyük uzunmüddətli təhlükəsi olduğunu deyib.

Sunak qeyd edib ki, çinlilər Britaniya texnologiyalarını oğurlayır və universitetlərə sızırlar. Həmçinin Rusiyadan neft almaqla Rusiya prezidenti Vladimir Putinə Ukrayna işğalını həyata keçirməkdə kömək edirlər. Bundan başqa, Çin qonşularını, o cümlədən Tayvanı qorxutmağa çalışır.

“Yetər! Çox uzun müddətdir ki, Britaniya və Qərb siyasətçiləri Çinin hiylələrinə və ambisiyalarına göz yumurlar. Baş nazir olduğum gün buna son qoyacağam!”, – siyasətçi əlavə edib.

Sunak Çinin Britaniya universitetlərini ələ keçirməsinə mane olacağına, hakerlərə qarşı mübarizə aparacağına və Böyük Britaniyada Çin dili və mədəniyyətini təbliğ edən bütün Konfutsi institututlarını bağlamağa da söz verib.

Azpost.info

Əvvəlki məqalə

“Mərkəzi Bankın qərarları etibarsızdır, İdarə Heyəti qərar qəbul edə bilməz” –

Sonrakı məqalə

“Biz belə gənclərimizlə fəxr edirik” –