Ölkə üzrə oktyabr ayının pensiyaları tam ödənilib

15 Oktyabr 2021 - 19:37

Ölkə üzrə oktyabr ayının pensiyaları tam ödənilərək başa çatdırılıb.

Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, fond tərəfindən oktyabr ayı üzrə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla bütün pensiyaların ödənişi başa çatdırılıb. Vətəndaşlar pensiyalarını kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.