Ölkədə ən yüksək maaşı Gədəbəydə alırlar –

Ən çox və ən az maaş alan rayonlar (SİYAHI)
25 May 2020 - 10:42

Azərbaycanda əməkhaqlarının ən yüksək və ən aşağı olduğu rayonşəhərlər məlum olub.

Azpost.info fed.az-a istinadən bildirir ki, ölkədə ən yüksək maaş əvvəlki kimi Bakı şəhərindədir. İkinci yeri sürpriz şəkildə Gədəbəy tutur. Bu həmin rayonda qızıl mədənlərinin olması və burada maaşların yüksək olması ilə bağlıdır. Elə həmin səbəbdən Daşkəsən də ölkədə maaşların ən yüksək olduğu ilk 4-lükdə yer alıb. Ölkədə yalnız bu şəhər və rayonlarda orta aylıq maaş 600 manatdan yüksəkdir.

Azərbaycanda ən kasıb rayonlar isə, işğal altında olan rayonları nəzərə almasaq, Zaqatala, Qax və Ağcabədidir. Bu rayonlarda isə orta maaş 400 manata da çatmır.