“Ölkədə ərzaq buğda ehtiyatları tələbatı qarşılayacaq səviyyədədir”.
Bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Rusiya və Qazaxıstanın buğda ixracını məhdudlaşdırmasının Azərbaycana təsirini şərh edərkən deyib.
Nazir müavini bildirib ki, xaricdən buğda idxal etdiyimiz ölkələrdə müvəqqəti qadağalar tətbiq edilməsi əvvəllər də yaşanıb. Bu qadağa ölkədə istifadə edilən ərzaqlıq buğda və başqa qida məhsulları ilə də bağlı ola bilər. Amma Azərbaycanın ərzaq ehtiyatı tələbatı qarşılayacaq səviyyədədir.
İ. Qədimova onu da əlavə edib ki, ölkə başçısı İlham Əliyevin tapşırığı ilə ərzaqlıq buğdanın istehsalının artılması üçün müzakirələr gedir, təkliflər üzərində işlənilir.