Ölkədə Aİ-95 markalı benzinin qiyməti yenidən bahalaşacaq –

SABAHDAN
30 İyun 2020 - 23:30

Dünyada Aİ-95 markalı benzinin qiyməti rekord səviyyədə qalxıb.

Azpost.info Trend-ə istinadən bildirir ki,  Aİ-95 markalı benzinin qiyməti dünya bazarında 0,26 artıb.

İyulun 1-dən etibarən Azərbaycanda “Aİ 95” premium markalı benzinin qiyməti 10 qəpik artacaq. Bu markadan olan benzinin qiyməti 1 manat 20 qəpik təşkil edəcək.

Xatırladaq ki, “Aİ-95” premium markalı benzinin qiyməti mayın 1-də 10 qəpik ucuzlaşmışdı. (Report)

Qeyd edək ki, bir müddət əvvəl Aİ-95 markalı benzin qiyməti Azərbaycanda ucuzlaşmışdı, bu da bu markalı benzinin dünya bazarında qiymətinin düşməsilə bağlı idi. Dünya bazarında qiymət artımından sonra Azərbaycanda da Aİ-95 markalı benzinin qiyməti artacaq, çunki Aİ-95 markalı benzin ölkəyə idxal olunur.