“Son illər buğda istehsalı kəskin şəkildə azalıb”.
Azpost.info bildirir ki, bu barədə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli bildirib.
Ekspert bunda Kənd təsərrüfatı nazirliyini ittiham edib.
O bildirib ki, Dövlət Statistika Komitəsinın məlumatına görə, 2022-ci ildə buğda istehsalı (təmizlənməmiş çəkidə) 1731,8 min ton təşkil edib: “Bu da o deməkdir ki, Azərbaycan 2022-ci ildə təmizlənmiş çəkidə 1 milyon 690 min ton buğda istehsal edib. Bu göstərici 2021-ci illə müqayisədə 195 min ton, 2019-cu illə müqayisədə isə 481 min ton azdır”.