Ölkənin tanınmış təhsil ekspertləri Mərkəz təsis etdilər

Ölkənin təhsil üzrə tanınmış ekspertləri “Təhsil Ekspertləri Mərkəzi” ni təsis edib.
Azpost.info bildirir ki, bu barədə təsisçilərin birgə məlumatında deyilir.
“Təhsil Ekspertləri Mərkəzi” ölkəmizdə təhsil islahatları dövründə yaranan problemlərin meydana çıxma səbəblərini araşdırmaq, onların aradan qaldırılması ilə bağlı təhlillər, təhqiqatlar aparmaq, həmin problemlərin həlli ilə bağlı təkliflərlə çıxış etmək məqsədi ilə təhsil ekspertləri: Ilham Ahmedov, Məzahir Məmmədli, Sona Aliyeva, Kamran Əsədov, Elşən Qafarov, Vusal Karimli, Elçin Əfəndiyev, Elmin Nuri, Adil Veliyev tərəfindən 6 fevralda təsis edilib.
“Təhsil Ekspertləri Mərkəzi” olaraq təhsil prosesinin tərəflərini, (təhsilverənləri, valideyinləri, təhsilalanları) ziyalıları, təhsil sahəsində QHT – ləri, təhsil idarəetmə orqanlarını, təhsil sahəsində araşdırmaçı mütəxəsisləri və KİV nümayəndələrini əməkdaşlığa dəvət edib.
Mərkəz həm paytaxtda, həm bölgələrdə təhsil prosesini və problemlərini yaxından izləyəcək, təhsilin inkişafı üçün təkliflərini hazırlayıb təqdim edəcək. Həmçinin Mərkəz tərəfindən mütəmadi olaraq təhsil prosesinin iştirakçıları üçün təlimlər və dəyirmi masalar, müzakirə klubları təşkil olunacaq.
Əsas məqsəd təhsilin tərəflərini maraqlandıran məsələlərə yaxından dəstək verməkdir.
Azpost.info
Əvvəlki məqalə

ATƏT-in müşahidə misisyası fevralın 8-də mətbuat konfransı keçirəcək

Sonrakı məqalə

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib