Gömrükdən büdcəyə daxilolmaların artımına səbəbi idxalın kəskin artımıdır.
Azpost.info bildirir ki, bu sözləri iqtisadçı-ekspert Rövşən Ağayev gömrük statistikasının 11 ay üzrə nəticələrini şərh edərkən bildirib.
Onun sözlərinə görə, statistik rəqəmlərdən görünür ki, gömrükdən büdcəyə daxilolma ötən ilə nisbətən 1.2 mlrd. manata yaxın (29%) artıb: “Bu artımın səbəbi idxalın kəskin artımıdır – idxal 2,5 mlrd. USD və ya 24% artıb. Çünki Azərbaycanda demək olar ki, bütün gömrük vergi-rüsumları idxaldan toplanır”.
Ekspert idxalın belə kəskin artmının səbəbini açıqlayıb: “Bəs idaxlın bu cür kəskin artımının səbəbi nədir? Qiymət artımı. İdxal real ifadədə 2%-dən də çox artıb. İdxaldakı 24%-lik artımın 22%-ə qədəri məhz idxaldakı kəskin bahalanmadır”.
R.Ağayevin sözlərinə görə, tək idxal mallarının qiymət artımına görə 11 ayda cibimizdən 1.2 mlrd. manat əlavə pul çıxıb büdcəyə gedib.
Azpost.info