Ölkəyə TIR-la heroin keçirən sürücü saxlanılıb

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1980-cı il təvəllüdlü Altay Ağaəliyev saxlanılıb.
DİN mətbuat xidmətindən verilən məlumata görə, həmin şəxsdən 4 kiloqram narkotik vasitə olan heroin aşkar edilib.
Saxlanılan şəxs heroini ölkəyə idarə etdiyi iri tonnajlı yük maşınında (TIR) ayrı-ayrı ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə gətirdiyini bildirib. A.Ağaəliyev barəsində araşdırmalar davam etdirilir.
Əvvəlki məqalə

İlham Əliyev Litva Prezidentini təbrik edib

Sonrakı məqalə

Avropa İttifaqı ölkələri Rusiyadan 29 milyard avro dəyərində neft və qaz alıb