Ölkədə 2 nəfər COVID-19 infeksiyasına yoluxub, bir nəfər sağalıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 2 yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 1 nəfər dünyasını dəyişib. İndiyədək ölkədə ümumilikdə 831 min 961 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 665 nəfər müalicə olunaraq sağalıb, 10 min 285 nəfər vəfat edib. Aktiv xəstə sayı 11 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 495, bu günə qədər isə ümumilikdə 7 milyon 650 min 864 test icra olunub.

Əvvəlki məqalə

Zelenski Belarusla sərhəddə vəziyyətə dair iclas keçirib

Sonrakı məqalə

10 min nəfər tutan dünyanın ən böyük kruiz gəmisi ilk reysinə çıxacaq