“Ölkədə dolların bahalaşması bundan asılı olacaq” –Ekspert ŞƏRHİ

“Azərbaycanda dolların bahalaşması neftin qiymətindən asılı olacaq”.
Azpost.info bildirir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov öz paylaşımında qeyd edib.
Onun sözlərinə görə, dollar dünya bazarında yenidən möhkəmlənməkdidr. Son 1 ayda avro dollara nisbətən 3 faizə yaxın dəyər itirib. Hazırda 1 avro almaq üçün cəmi 1.062 dollar ödəmək lazımdır. Dolların güclənməsi regional münaqişələr fonunda investorların Amerika puluna daha çox sərmayə yönəltməsi və ABŞ iqtisadiyyatındakı canlama ilə bağlıdır. Bu ilin mart ayında Birləşmiş Ştatlarda 303 min əlavə iş yeri yaradılıb. İnflyasiya dərəcəsi isə hədəf diapozonu, 2 faizə yaxındır. Dolların digər əksər səbət valyutalara nisbətən də güclənməsi müşahidə olunmaqdadır.
“Azərbacanda da dollar bahalaşa bilərmi? Manatın dollar nisbətən məzənnəsi Mərkəzi Bankın 2024-cü il üçün Bəyanatında qeyd olunduğu kimi, bu tədiyyə balansının vəziyyətindən, daha dəqiqi neftin qiymətindən asılı olacaq”-deyə deputat vurğulayıb.
O bildirib ki, fiskal sektorun valyuta təklifi və tələbi valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillərdir. Bu indikatorlar da birbaşa enerji bazarındakı volatillikdən asılı olacaq: “Göründüyü kimi, bu ildə də neft gəlirlərimiz və daha dəqiqi enerji bazarlarındakı tarazlıq manatın məzənnəsinə təsir edən əsas faktor olacaq. Mərkəzi Bankın məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini bildirməsi isə ondan xəbər verir ki, enerji bazarında ciddi volatillik baş verəcəyi halda valyuta ehtiyatlarından istifadə edilə bilər. Deməli, 2024-cü ildə də manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.
Əvvəlki məqalə

BDU-nun doktoranturasında 11 yeni ixtisas açılıb

Sonrakı məqalə

COP29-un saytı bu həftə istifadəyə veriləcək