Ölkədə hansı sahədə nə qədər maaş verirlər? –Orta aylıq əmək haqqı belədir (SİYAHI)

Dövlət Statistika Komitəsi 2022-ci il iyulun 1-nə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqını 827,1 manat göstərib.

İqtisadi fəaliyyət növləri üzrə orta maaş belə rəsmiləşib:

mədən sənayesi – 3400,3 manat;

maliyyə və sığorta fəaliyyəti – 2167,1 manat;

peşə fəaliyyəti, elmi və texniki fəaliyyət – 1390,4 manat;

informasiya və rabitə – 1353,4 manat;

dövlət idarəetməsi və müdafiə; sosial təminat – 1154,9 manat;

nəqliyyat və anbar təsərrüfatı – 1054,6 manat;

tikinti – 998,4 manat;

elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı – 892,5 manat;

emal sənayesi – 763,5 manat;

daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 733,7 manat;

əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi – 681,8 manat;

turistlərin yerləşdirilməsi və ictimai iaşə – 647,7 manat;

su təchizatı, tullantıların təmizlənməsi və emalı – 642,4 manat;

istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət – 632,6 manat;

təhsil – 625,4 manat;

ticarət; nəqliyyat vasitələrinin təmiri – 563,5 manat;

kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 489 manat;

inzibati və yardımçı xidmətlərin göstərilməsi – 480,6 manat;

digər sahələrdə xidmətlərin göstərilməsi – 860,2 manat.

Ölkədə minimum aylıq əməkhaqqı 300 manatdır.

Əvvəlki məqalə

Ölkədə nə qədər pensiyaçı var? –

Sonrakı məqalə

Şabranda taxıl zəmisində yanğın söndürülüb