Ölkədə nə qədər pensiyaçı var? –Pensiya məbləği nə qədərdir? (RƏQƏMLƏR)

2022-ci il iyulun 1-nə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 159,3 min nəfər pensiyaçı qeydiyyatda olub.

Hesabatı yayan Dövlət Statistika Komitəsi aylıq pensiyaların orta məbləğini 368 manat göstərir.

Azərbaycanda kişilər 65, qadınlar 63 yaşda pensiyaya çıxır. 2027-ci il iyulun 1-dək qadınların da pensiya yaşı 65-ə qalxacaq.

Əmək pensiyasının minimum məbləği 240 manatdır.

Pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı (hazırda 34560 manatdır) tələb olunur. Əks halda pensiya yaşı çatan şəxs 180 manat müavinət alır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 2005-ci ilin sonuna Azərbaycanda 1 milyon 181,6 min nəfər pensiya alıb. Sonrakı illərdə pensiyaçıların sayı belə dəyişib:

2006 – 1 milyon 188 min nəfər

2007 – 1 milyon 210,1 min nəfər

2008 – 1 milyon 275,1 min nəfər

2009 – 1 milyon 308,4 min nəfər

2010 – 1 milyon 292,1 min nəfər

2011 – 1 milyon 277,5 min nəfər

2012 – 1 milyon 272,1 min nəfər

2013 – 1 milyon 277 min nəfər

2014 – 1 milyon 290,8 min nəfər

2015 – 1 milyon 299,9 min nəfər

2016 – 1 milyon 315,2 min nəfər

2017 – 1 milyon 322,8 min nəfər

2018 – 1 milyon 295,4 min nəfər

2019 – 1 milyon 270,5 min nəfər

2020 – 1 milyon 228,8 min nəfər

2021 – 1 milyon 196,9 min nəfər.

Əvvəlki məqalə

Bu gündən ali məktəblərə ixtisas seçimi başlayır

Sonrakı məqalə

Ölkədə hansı sahədə nə qədər maaş verirlər? –