Ölkədə son sutkada 2315 nəfər COVID-19-a yoluxub, 22 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2315 yeni yoluxma faktı qeydə alınıb, 981 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 514289 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 483559 nəfər müalicə olunaraq sağalıb, 6869 nəfər vəfat edib, aktiv xəstə sayı 23861 nəfərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İspaniyalı alimlər koronavirusun mövsümi xəstəlik olduğunu sübut ediblər

Sonrakı məqalə

Ərdoğan 10 ölkənin səfirinin “persona non qrata” elan olunması barədə tapşırıq verib