Ölkə üzrə pensiyaların ödənişi noyabrın 15-də yekunlaşacaq
14 Noyabr 2023 - 10:44
Respublika üzrə pensiyaların noyabrın 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.