“Ona görə də təhlükəsizliyi lazımi səviyyədə təmin edilir”- Kreml Putinə sui-qəsd cəhdi etirafını şərh etdi

“Kiyevdən gələn təhdidlər göz qabağındadır”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril

Budanovun Rusiya lideri Vladimir Putinə sui-qəsd cəhdi ilə bağlı etirafına münasibətində bildirib.

O qeyd edib ki, bu səbəbdən də dövlət başçısının təhlükəsizliyi lazımi səviyyədə təmin edilir.

“Kiyev rejiminin bütün təhdidləri göz qabağındadır. Ona görə də birinci şəxsin təhlükəsizliyi lazımi səviyyədə təmin edilir”, – Peskov bildirib.

Daha əvvəl Budanov etiraf edib ki, Ukrayna tərəfi dəfələrlə Putinin həyatına sui-qəsdlər təşkil edib. Bununla belə, bütün cəhdlər uğursuz alınıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.