“OPEC ölkələri neft hasilatını azaldacaq”

- Energetika İnformasiyası Agentliyi
08 Aprel 2020 - 14:30

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) proqnozuna görə, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə bu il ortalama gündəlik neft hasilatı 28,66 mln. barel olacaq, bu da agentliyin martda verilən proqnoz ilə müqayisədə 0,43 mln. barel azdır.

APA-Ecocomics”in agentliyə istinadən verdiyi məlumata görə, ötən il OPEC üzrə gündəlik ortalama neft hasilatı 29,27 mln. barel olub.

Agentlik OPEC üzrə gələn il üçün də neft hasilatı ilə bağlı proqnozunu dəyişib. Belə ki, EIA-nın məlumatına əsasən, OPEC ölkələri gələn il orta hesabla gündə 29,27 mln. barel neft hasil edəcək, bu da mart proqnozu ilə müqayisədə 0,14 mln. barel azdır.