Orden-medallı Siyavuş Novruzov –YAP rəsmisi əsgərlik şəkillərini paylaşdı (FOTO)

 YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov sovet ordusunda xidmət  zamanı çəkdirdiyi fotolarını paylaşıb.

Azpost.info bildirir ki,  səhifəsində o, Əfqanıstan, Sədərək, eləcə də Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak etdiyini qeyd edib. “Müharibə veteranı Siyavuş Novruzov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edir” yazılıb.

Siyavuş Novruzov 17 fevral 1969-cu ildə Naxçıvanda anadan olub. 1990-1995-ci illərdə BDU-nun Hüquq fakultəsini,1999-2002-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib. Hüquq üzrə fəlsəfə doktorudur.

19871990-cı illər SSRİ ordusunda xidmət, Əfqanıstan döyüşlərində,1990-93-cü illərdə Qarabağ uğuruda gedən döyüşlərdə, həmçinin Sədərək döyüşlərində fəal iştirak edib. Qarabağ müharibəsi veteranıdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

MSK deputatlığa namizədlər Ülvi Həsənov və Mehman Hüseynova rəsmi xəbərdarlıq etdi

Sonrakı məqalə

Deputat İqbal Məmmədovun vergi əməkdaşlarını döyən oğlu azadlığa buraxılıb –