Ordubadda sirkədən zəhərlənən qadın ölüb

Ordubadda sirkədən zəhərlənən 54 yaşlı qadın ölüb.

Hadisə rayonun Aşağı Əndəmic kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1970-ci il təvəllüdlü Hacıyeva Bəyim Ələkbər qızı sirkə içib. O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Ordubad rayon prokurorluğunda araşdırma aparılır(apa).

Əvvəlki məqalə

Səudiyyə Ərəbistanı İrana zərbələr endirməsi üçün İsrailə hava məkanını açmayıb

Sonrakı məqalə

TDT-nin növbəti nazirlər toplantısı Azərbaycanda keçiriləcək