“Ordumuzun sərhəddən geri çəkilməsi barədə məlumatlar yalandır” –

Prezidentin köməkçisi
02 Dekabr 2021 - 15:46

“Azərbaycan hərbi qulluqçuları da ölkəmizin suveren ərazilərində öz xidmətlərini həyata keçirirlər”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Ordusunun Laçın və Kəlbəcər istiqamətində geri çəkilməsi barədə Ermənistan mətbuatında yayılan məlumatlara münasibət bildirərkən söyləyib.

H. Hacıyev deyib ki, Ermənistan mediasında kifayət qədər saxta, yalan məlumat yayılır: “Bu, Ermənistanın daxilində gedən proseslərlə də əlaqədardır. Müxtəlif qruplar tərəfindən Ermənistanda daxili istehlak naminə bu qəbildən olan məlumatlar yayılmaqdadır. Qeyd olunan konkret məlumata gəlincə, bizdə belə bir məlumat yoxdur. Hazırda vəziyyət sərhəddə sabit olaraq qiymətləndirilir. Azərbaycan hərbi qulluqçuları da ölkəmizin suveren ərazilərində öz xidmətlərini həyata keçirirlər”.