Ordumuzun tank bölmələri döyüş atışlarını icra edib –

-VİDEO
30 Oktyabr 2021 - 11:25

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun tank bölmələrində döyüş atışları icra olunub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, döyüş maşınlarının idarə olunması vərdişlərini təkmilləşdirən tank heyətləri təyin olunmuş hədəflərə praktiki atışlar icra edib.