Orta məktəbdə ətraf mühitin qorunması ilə bağlı dəyirmi masa təşkil olunub-FOTO

Salyan rayonunda Kürkənd kənd tam orta məktəbi Kür çayının yaxınlığında yerləşir. Təhsil ocağı rayonun son illərdə istifadəyə verilmiş müasir tədris binalarından biridir. Burada təkcə təhsilin səviyyəsi deyil, eyni zamanda ətraf mühitin mühafizəsi, yaşıllıqların artırılması və onlara qulluq işi də nümunəvi təşkil olunub. Belə ki, məktəbin geniş həyətində kollektivin gücü ilə yüzə yaxın ağac və bəzək kolu əkilib. Yaradılmış yaşıllıqlara qulluq edilir və suvarılır. Eyni zamanda Kür çayı sahilində də iməcliklər keçirilir, ətraf müxtəlix məişət tullantılarından təmizlənir. Maraqlıdır ki, rayonda fəaliyyət göstəırən “Ana Kür “Ekoloji Problemlərin öyrənilməsinə Kömək içtimai birliyi də bu məktəblə daim əlaqə saxlayır və ekoloji tədbirlərdə iştirak edir.

Bu günlərdə İctimai birliyin üzvləri yenidən məktəbdə olmuşlar. Birlik Azərbaycan Prezidentinin Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə rayonun ərazisinda icra etdiyi “Yaşıl düşüncənin yerlərdə təşviqi” layihəsinin icrası çərcivəsində burada dəyirmi masa təşkil etmişdir. Tədbirdə məktəb rəhbərliyi, rayonun  tanınmış pedaqoqları, QHT rəhbərləri, yerli Media təmsilçiləri iştirak etmişlər.

Layihə rəhbəri Rüstəm Məlikov çıxış edərək  layihənin əsas məqsəd və məramları, ətraf mühitin qorunması problemlərinin qlobal mahiyyəti, aktuallığı barədə danışmış, “Təmiz ətraf mühit və yaşım artım ölkənizi” konsepsiyasının Azərbaycanda 2030-cu ilədək olan dövr üçün beş milli prioritet istiqamətdən  hesab olunduğunu vurğulaməşdır. Əməkdar müəllim, Rayon Ziyalılar Birliyinin sədrı Allahverdi Piriyev, Rayon Ağsaqqallar Şurasının  sədri Məhəmməd Ağayev, ”Qələbə” qəzetinin əməkdaşı, şair publisist Əzizağa Məmmədli, məktəbin direktoru Sitarə Qəhrəmanova, müəllim, kənd sakini Mina Abasova çıxış ediblər. Bildirilib ki, qarşılaşdığımız problemləri aradan qaldırmaq cəmiyyətdə yalnız düşüncə tərziniun təşviqi ilə mümkündür. Ona görədə dövlətimizin bu istiqamətdə həyat keçirdiyi bütün işlərdə fəal olmalı, vətəndaş mövqeyimizi göstərməliyik. Bu mənada məktəblərdə  ekoloji maarifləndirmə daimi olaraq aparılıb ki, gənclərimiz yaşıl iqtisadiyyatının qurucusu kimi yetişsinlər, ”Ağıllı kənd”, “ağıllı şəhər” və digər innovativ layihələrin iştirakçısı və yeni ideyaların müəllifi kimi həyatda özlərinə layiqli yer tutsunlar.

Dəyrmi masa çay süfrəsi arxasında davam etmiş və şagirdlərə maarifləndirici materiallar və press-relizlər paylanılıb.

Əvvəlki məqalə

Babək prospektində təmirlə bağlı məhdudiyyət tətbiq edilib

Sonrakı məqalə

DSMF-nin gəlirləri və xərcləri 30 milyon manat artırılır