ABŞ prezidenti Co Bayden Pentaqon rəhbəri Lloyd Ostinin bu ilin əvvəlində xəstəxanaya yerləşdirilməsi barədə ona məlumat verməməklə səhv etdiyi fikri ilə razılaşıb.
Azpost.info xəbər verir ki, o, bu barədə Pensilvaniyaya səfəri zamanı jurnalistlərə bildirib.
Eyni zamanda, Bayden Pentaqon rəhbərinə etimadının olub-olmaması ilə bağlı suala müsbət cavab verib.
Ostin əməliyyat zamanı yaranan fəsadlardan sonra yanvarın 1-dən xəstəxanadadır. “Walter Reed” Milli Hərbi Tibb Mərkəzi Ostinə prostat xərçəngi diaqnozu qoyulduğunu açıqlayıb.
Azpost.info