Ötən ay dövlət xəttilə neçə milyon manatlıq ipoteka krediti verilib?

Bu ilin yanvar-mart aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 115 milyon manat kredit verilib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6% və ya 4 milyon çoxdur.

Cari ilin yanvar-mart aylarında Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 26,8% və ya 25.9 milyon manat azalaraq 70,6 milyon manat təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar ayında 16.1 milyon manat, fevral ayında 36.1 milyon manat, mart ayında isə 62.8 milyon manat ipoteka kreditləri verilib.

Əvvəlki məqalə

“Münaqişə bitdikdən sonra Rusiya ilə münasibətləri qurmağa hazır olmalıyıq”

Sonrakı məqalə

“Çin Ukraynadakı münaqişədə Rusiyanın tərəfindədir”