Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub- RƏSMİ

Ötən il Azərbaycandan xarici ölkələrə yatırılan birbaşa investisiyaların məbləği 3,1 milyard dollar təşkil edib.

Bu sözləri Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov tədiyyə balansına həsr olunan brifinqdə deyib.

“Azərbaycandan birbaşa investisiyaların məbləğinə görə ilk üçlükdə Türkiyə (1,8 milyard dollar), ABŞ (311 milyon dollar) və Böyük Britaniya (157 milyon dollar) olub”, – deyə department direktoru vurğulayıb.

Əvvəlki məqalə

Məktəb psixoloqları üçün müsabiqə elan edilib

Sonrakı məqalə

Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir