Ötən il dövlət büdcəsindən səhiyyəyə 948 milyon manat xərclənib

16 May 2020 - 13:35

2019-cu ildə dövlət büdcəsindən səhiyyəyə 948,2 milyon manat vəsait ayrılıb.

Azpost.info bildirir ki, bu barədə “2019-cu il dövlət büdcəsinin icrası barədə” hesabatda bildirilib.

Hesabatda vurğulanır ki, dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış vəsait də (74,6 milyon manat)nəzərə alınmaqla, 2019-cu ildə səhiyyə xərclərinə dövlət büdcəsi xərclərinin 3,9 faizi həcmində (2018-ci il səviyyəsində) və ya 948,2 milyon manat vəsait yönəldilib.  Bu da 2018-ci illə müqayisədə 71,9 milyon manat və ya 8,2 faiz çoxdur.