“Ötən il Konstitusiya Məhkəməsinə 2850 şikayət daxil olub” –

Fərhad Abdullayev
28 Yanvar 2020 - 19:18

“2019-cu ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə ümumilikdə 2850 şikayət, o cümlədən 909 şikayət onlayn qaydada daxil olub”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev keçirilən hesabat iclasında deyib.

O bildirib ki, Konstitusiya Məhkəməsinin rəsmi saytı vasitəsilə daxil olan onlayn ərizə və məktubların sayında artım müşahidə edilib: “Konstitusiya Məhkəməsi Plenumunun qərar və qərardadlarında mülki, cinayət, əmək, vergi və hüququn digər sahələrində yaranan hüquqi kolliziyalara dair Azərbaycan Respublikasının Konstitusiyasının müddəaları nöqteyi-nəzərindən hüquqi qiymət verilib”.