Ötən ay ölkəyə nə qədər turist gəlib?- Agentlik AÇIQLADI

Ötən ay ölkəyə 113 473 turist gəlib.

APA Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 faiz çoxdur. Belə ki, 2022-ci ilin fevralında ölkəyə gələnlər 76 376 nəfər təşkil edib.

Ən çox turist Rusiya (35 067), Türkiyə (23 714), İran (10 228), Gürcüstan (6584), Hindistan (4653) və Pakistandan (3864) gəlib.

2019-cu ilin müvafiq dövrü ilə müqayisə etdikdə bu ilin fevralında Türkiyə (6 faiz), Cənubi Asiya (33 faiz), Cənub Şərqi Asiya (44 faiz) və Afrikadan (21 faiz) gələnlərin sayında artım müşahidə olunub.

Əvvəlki məqalə

BMT zəlzələ nəticəsində Türkiyəyə dəymiş ziyanın miqdarını

Sonrakı məqalə

“Texnikabank” rəhbərinin evini Ramiz Mehdiyevin kürəkəni alıb” –