Ötən il Azərbaycana ən çox hansı ölkələrdən turist gəlib? –İlk "beşlik"də oan ÖLKƏLƏR

“2022-ci ildə Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 1.602.600 nəfər olub, 2021-ci il ilə müqayisədə 2 dəfədən çox artıb. Bu nəticə pandemiyadan əvvəlki – 2019-cu il ilə müqayisədə turizmin 50 faiz bərpa olunması deməkdir”.

Azpost.info bildirir ki, bu sözləri Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid “vergiler.az”-a müsahibəsində bildirib.

Onun sözlərinə görə,  2022-ci ildə ölkəmizə səfər edənlərin sırasında ilk 5-likdə Rusiya Federasiyası (447 min), Türkiyə (312 min), İran (171 min), Səudiyyə Ərəbistanı (96 min) və Gürcüstan vətəndaşları (82 min) qərarlaşıb.

2021-ci il ilə müqayisədə Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayı 10 dəfə, Pakistan vətəndaşlarının sayı 17 dəfə, Oman vətəndaşlarının sayı isə 20 dəfə artıb. COVID-19 pandemiyasından sonra – 2022-ci ildə Belarus (+25 faiz), Özbəkistan (+12 faiz), Pakistan (+11 faiz), İordaniya (+11 faiz) və Oman (+2 faiz) üzrə turizm göstəriciləri tam bərpa olunub.

Yanvar-fevral aylarında respublikamıza 232.567 ziyarətçi gəlib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 55 faiz artım deməkdir. Ölkədə fəaliyyət göstərən hotellərin sırasına yeniləri əlavə edilməkdədir.

Hazırda ölkə ərazisində fəaliyyət göstərən 18 hotel 5, 11 hotel 4, 12 hotel isə 3 ulduzla qiymətləndirilib.

 

Əvvəlki məqalə

Bakıda avtobus 9 maşına çırpılıb –

Sonrakı məqalə

DTX xarici xüsusi xidmət orqanı ilə əməkdaşlıq edən şəxsləri həbs edib –